ağadadaş
Hadisə bu cür baş veribmiş - YENİ DETALLAR

Xalq artisti Ağadadaş Ağayevin adam baltalaması ilə bağlı mətbuatda məlumat yayılıb. 

Qlobal.net Ucnoqta.az-a istinadən xəbər verir ki, hadisədən bir gün öncə Xalq artisti qulağından aldığı xəsarətlə bağlı xəstəxanalardan birinə müraciət edib. Müayinə olunan müğənninin qulağına tikiş qoyulub, evinə qayıdıb.

Ağadadaş Ağayev səhərisi, hadisə günü əlində balta ilə xəstəxanaya gəlib. Onu sakitləşdirməyə çalışan mühaifizəçi ilə dalaşıb. Sonra əlindəki baltanı cəld xəstəxana istiqamətə atıb. Balta həyətdə təmizlik işi görən qadının ayağına dəyib.

***

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Qlobal.net APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müracətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafiçəçi isə onu klinikaya dəvət edib.

Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

23.07.2024 12:02
show 1638