photo_37143490
Hacıqabulda ağır qəza: Yük maşını “Opel”lə toqquşdu, dörd nəfər yaralandı – FOTO

Hacıqabulda 4 nəfərin xəasrət alması ilə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı – Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində “Schacman” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

27.03.2022 23:18
201