Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI: tarixi binanın üstünə ev tikdi

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

Bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.

659fa446b5c84659fa446b5c851704961094659fa446b5c82659fa446b5c83 1704961676 Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI: tarixi binanın üstünə ev tikdi

Həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib.

Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

Binanın düz yanındakı tikilidə mənzili olan İlyas Bayezit pəncərələrin tamamilə bağlandığını bildirib. Daha sonra Bayezit 2019-cu ildə müxtəlif yerlərə lazımi şikayətlər edib. Bununla belə, şikayətlərə 2020-ci ildə baxılıb.

asirlik binaya kacak eklentiler 1 1704962425 Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI: tarixi binanın üstünə ev tikdi

İsrafil Abutalıbov da öz növbəsində İlyas Bayezitdən prokurorluğa şikayət edib. O, İlyas Bayezitin müxtəlif yerlərə şikayət etməsinin məqsədinin onu pulla hədələmək olduğunu əsas gətirib. Abutalıbov şikayətçinin “Mənə pul verməsən, səndən daha çox şikayət edəcəm” dediyini iddia edib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.

Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.

asirlik binaya kacak eklentiler 1704961908 Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI: tarixi binanın üstünə ev tikdi

(lent.az)

Related Articles

Bir cavab yazın

Back to top button