Maraqlı

Hacı Zeynalabdin Tağıyev Rusiya çarına niyə tərs cavab vermişdi?

1888-ci ilin payızında imperator III Aleksandr (1881-1894) Tiflisdən ailəsiylə – arvadı, iki oğlu, bir də böyük məiyyəti ilə Bakıya gəlir.

Vağzal başdan-başa təntənəli mərasim üçün xalı-xalça, bayraqlarla bəzədilir, hasarların üstündə və birmərtəbəli binaların kəlləbəndlərində bir-birindən bir arışın aralı qoyulmuş qara çıraqlar yandırılır. Milyonçular, tacir və əyanlar bir tərəfdə, yüksək rütbəli mülki və hərbi məmurlar digər tərəfdə, silahlı əsgərlər divar kimi amadə dururlar.

Qatar stansiyaya daxil olur. Az sonra hərbi libaslı çar III Aleksandr vaqondan düşür. Hamı papağını götürür, təkcə məşhur milyunçu Hacı Zeynalabdin Tağıyevdən başqa. Qubernator təkid etsə də, o, papağını çıxartmağı qulaqardına vurur. H.Z.Tağıyev ortada, qubernator bir tərəfində, şəhər bələdiyyə rəisi digər tərəfində III Aleksandra yaxınlaşırlar. Çar ona papağını çıxarmadığı üçün tərs-tərs baxır və soruşur: “Чей вы поданный?” (Siz kimin rəiyyətisiniz?). Qubernator Hacıya pıçıldayıb ki “de ki, “я поданный вашего величества” (Mən Siz Əlahəzrətin təbəəsiyəm).

Hacı Zeynalabdin isə öz bildiyini deyir: Я поданный Русской империи” (Mən Rusiya İmperiyasının rəiyyətiyəm).

Araz Vəliyev
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button