640085e076e38202303231752
Hacı Şahinin ölümü ilə bağlı köməkçisindən AÇIQLAMA: "Getdiyi xəstəxana..."

Bugün dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin dünən səhhətindəki narahatlıqla bağlı həkimə müraciət etdiyi bildirilir. 

Qeyd olunur ki, döş qəfəsi nayihəsində yandırıcı ağrı ilə əlaqədar ilahiyyatçı özəl klinikalardan birinə müraciət edib. Lakin nədənsə həmin klinika Hacı Şahini kardioloji nəzarətə götürməyib. 

Bəs ilahiyyatçı hansı özəl klinikaya müraciət edib? Hansı müayinələrdən keçib və ona hansı müalicə təyin olunub?

Qlobal.net xəbər verir ki, Bakupost.az bu suallarla Hacı Şahinin köməkçisi Qədir bəyə müraciət edib. O, bildirib ki, əvvəllər ilahiyyatçının ürəyində heç bir problem olmayıb: "Sadəcə, axşam ürəyi ağrıyıb. Həkimə müraciət edib və müayinə ediblər. Daha sonra evə gəlib. Səhər namaz vaxtı evdə halı pisləşib, yıxılıb və dünyasını dəyişib. Xəstəxanaya sürücüsü ilə gedib. Getdiyi xəstəxana haqqında məlumatım yoxdur. Dəqiqləşdirib məlumat verəcəm".

02.03.2023 15:17
show 3769