640a381cc5d08202303234844
Hacı Şahinin ailəsi ictimaiyyətə müraciət etdi – FOTO

“Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır”.

Qlobal.net xəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı Hacı Şahinin köməkçisi deyib.

“Hacının ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarətinizi təxirə salasınız.

Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik”, – deyə bildirilib.

Xatırladaq ki, mərhum ilahiyyatçı dəfn edildiyi gündən məzarı sutkanın əksər saatlarında insanlar tərəfindən sıx ziyarət olunur. Bu ziyarətlə bağlı sosial və peşəkar mediada intensiv xəbərlər, müzakirələr gedir.

09.03.2023 23:48
show 3651