659a6b342c7e8202401241324
Hacı Şahin, Qənirə və Aygünün ölümündə ŞOK DETAL

Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima - Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və Əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb.

Qlobal.net Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib.

Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə - 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər.

Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib.

Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib.

Allah rəhmət eləsin!

07.01.2024 13:12
show 4210