64b2a0e643202202307233638
Hacı Nurana yüksək vəzifə verildi

Aparıcı Hacı Nuran Hüseynov "Xarıbülbül" voleybol klubunun prezidenti seçilib.

Qlobal.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə instaqram hesabında bildirib.

"Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım."Xarıbülbül" voleybol klubunun prezidenti seçildim. Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim", - o yazıb.

15.07.2023 17:36
4012