66225ad32d5a2202404245147
Hacı Nuran "Pusu"nun aktyoruna "Bugatti" hədiyyə etdi - VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib. 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə "Bugatti" avtomobilini hədiyyə edib.  

Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra "Bu, sizə kiçik hədiyyəmdir" sözlərini dilə gətirib. 

Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib: "Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun". 



19.04.2024 15:55
show 547