661ec2d048737202404242624
Hacı Məmmədov kimin qulağını kəsdirib? — "Qara kəmər" əməliyyatının tükürpədici detalları - VİDEO

2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu. 

O, 10 il  MTN-in istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vərəmli məhkumlar üçün cəzaçəkmə müəssisəsinə köçürüldü və 2017-ci ilin dekabrında orada asılmış meyiti aşkar olundu.

 "Qara kəmər” əməliyyatı (10 mart 2005-ci il) "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun evinin kandarında öldürülməsindən (2 mart 2005-ci il) 1 həftə sonraya təsadüf edib. Elmar Hüseynov qətlə yetirildiyi zaman "Beynəlxalq Bank”ın o dövrdə idarə heyətinin sədri olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədovun dəstəsinin girovluğunda idi. Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Xanım Hacıyevanın azadlığı üçün onun yoldaşından 20 milyon avro tələb olunurdu... 

Qlobal.net Oxu24.com-a istinadla xəbər verir ki, Ceyhun Həmidovun müəllifi olduğu "Kriminal" verilişində Hacı Məmmədov bandasının törətdiyi silsilə cinayətlərin detalları yayımlanıb.

Həmin verilişi təqdim  edirik: 

 

 

17.04.2024 07:38
show 4719