19.09.2020
12:25

H&M Çinin Sincan Uyğur muxtar bölgəsindən pambıq almağı dayandırdı

İsveçin geyim şirkəti H&M, etnik azlıqların "məcburi işlədilməsi" səbəbilə Çinin Sincan Uyğur muxtar bölgəsindən pambıq tədarük etməyəcəyini açıqlayıb.

Marja İsveçin xəbər agentliyi TT-yə istinadən xəbər verir ki, Çinin Sincan Uyğur muxtar bölgəsində etnik azlıqlara təzyiqlərin artması səbəbilə, H&M, Çinli iplik istehsalçısı "Huafu Fashion" ilə müqavilələrini ləğv edib.

H&M-in yaydığı açıqlamada da bölgədəki hər hansı bir tekstil şirkətilə müqavilələrinin olmadığını vurğulanıb, artıq Çinin ən böyük pambıq istehsalı bölgəsi olan Sincandan pambıq almayacağı qeyd edilib.

Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) Mart ayında yaydığı hesabatında, Çinin 2017-2019-cu illərdə 80 mindən çox Uyğur türkünü fabriklərdə işləməyə məcburi göndərdiyi ortaya qoyulmuşdu.  

Loading...