"Hər 3-5 nəfərdən birinin arvadı da var, sevgilisi də... Hamı
da bunu bilir. Bütün günü sosial verilişlərə baxıram, görürəm,
eşidirəm. Millətin çıxmadığı hoqqa yoxdur".
Qlobal.net bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında bildirib.
O, müğənniləri qınayanları, səhv axtaranları tənqid edib: "Danışanda ancaq müğənniləri müzakirə edirsiniz, səhv axtarırsınız.
Guya ki, hamınız namuslusunuz, qeyrətlisiniz. Həyatınız boyu
arvadınızdan, ərinizdən başqa heç kimlə yatmamısınız, heç kim heç kimi
sevməyib, görüşməyib. Sən Allah, bəsdirin!".
Nura Surinin dediyi sözlər geniş müzakirələrə səbəb olub.