Cəmiyyət

Gürcüstana getmək istəyənlərə xəbərdarlıq – Yanvarın 1-dən…

1 yanvar 2026-dan Gürcüstana gedən xarici vətəndaşlar üçün yeni qayda qüvvəyə minəcək.

Milli.Az xəbər verir ki, ölkəyə giriş zamanı tibbi sığortası olmayan şəxslər sərhəddən buraxılmaya bilər.

Yeni tələblə bağlı rəsmi məlumatda bildirilir ki, sığorta turistin Gürcüstanda qalacağı bütün müddəti əhatə etməlidir. Paket xəstəlik, qəza, təcili tibbi yardım, xəstəxanaya yerləşdirmə və ehtiyac yaranarsa tibbi təxliyə xərclərini qarşılamaq gücündə olmalıdır.

Qərar son aylarda ölkəyə gələn əcnəbilərin tibbi xidmətlərdən istifadəsi ilə bağlı artan xərc yükü fonunda qəbul edilib.

Gürcüstan rəsmiləri bildirirlər ki, sığorta tələbi həm turistin öz təhlükəsizliyi, həm də ölkənin səhiyyə resurslarının qorunması üçün nəzərdə tutulub.

Turizm şirkətləri artıq qayda ilə bağlı xəbərdarlıqları gücləndirib. Azərbaycan vətəndaşlarından da 2026-cı ildən etibarən sığortasız səfər planlaşdırmamaq tövsiyə olunur.

Related Articles

Leave a Reply

Back to top button