66975365d7aed202407241517
Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

Qlobal.net report.az-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

17.07.2024 08:26
show 360