10.03.2021
14:50
875

GÜNÜN ACI XƏBƏRİ - Məşhur azərbaycanlı VƏFAT ETDİ

Loading...
Azərbaycan Xalq rəssamı Mirnadir Zeynalov 79 yaşında vəfat edib.

Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1963-сü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib.

M.Zeynalovun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya Bədii Fondunda və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə "Sotbis" (London) hərracına da çıxarılıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Yeni Era" Dünya Sənət Akademiyasının həqiqi üzvü olan tanınmış fırça ustası 1992-ci ildə respublikanın Əməkdar rəssamı, 2006-cı ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mirnadir Zeynalovun əziz xatirəsi sənətsevərlərin, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.
Loading...