64b0023492af3202307235500
Günorta efirdə dava etdilər, axşam isə...

Bir neçə gündür Əməkdar artist Elza Seyidcahanla bacısı Lalə Seyidcahan arasında qalmaqal yaşanır. 

Lalə verilişlərə müsahibə verərək bacısı ilə 8 ildir görüşmədiyini deyib. O bildirib ki, Elza ona və bacılarına dəstək olmur. Onun bu ifadəsinə anası Seyidcahan Əhmədova əsəbiləşib. O, proqrama zəng edərək, Laləni tənqid edib. 

Ötən gün isə stilist Samiraldo Seyidcahan ailəsinin birlikdə fotosunu yayımlayıb. Şəkildə Seyidcahan, Elza və Lalə yer alıblar. Daha sonra bacılar birlikdə rəqs ediblər. Onlar anaları Seyidcahan Əhmədovanın ad günündə bir araya gəliblər. (axsam.az)

13.07.2023 17:54
show 822