Günəşdəki aktivliyin yer səthinə və zəlzələlərə təsiri sübuta yetirilib.
Qlobal.net xəbər verir ki, Yaponiyanın Tsukuba Universiteti və Milli İnkişaf Etmiş Sənaye Elmləri və Texnologiyaları İnstitutundan tədqiqatçılar Günəşdən gələn istiliyin atmosferdə temperatur dəyişikliklərinə səbəb olaraq seysmik fəaliyyətə təsir edə biləcəyini müəyyən ediblər.
Tədqiqatçılar zəlzələ məlumatlarına, Günəş aktivliyinə və səth temperaturuna əsaslanan riyazi modellər tətbiq edərək, Günəş istiliyinin atmosfer temperaturunu artıraraq qayaları daha kövrək və çatlamaya meyilli hala gətirdiyini müşahidə ediblər. Bundan əlavə, Günəş istiliyinin yeraltı sularının hərəkətliliyini artıraraq tektonik plitə sərhədlərində təzyiqi dəyişdirə biləcəyi qeyd edilib.
Tədqiqat qrupu üzvü Mateus Henriqe Junqueira Saldanha istilik və suyun əsasən yer qabığının üst qatlarını təsir etdiyini və bu faktorların zəlzələlərin əsas səbəbi olmasa da, seysmik fəaliyyəti proqnozlaşdırmağa kömək edə biləcəyini bildirib. (yenisabah.az)