652e2a888c948202310233240
Günelin anası iflic oldu

Müğənni Günel Zeynalovanın anası Zöhrə Zeynalova iflic keçirib.

Qlobal.net xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib.

İnstaqram hesabının hekayə bölümündə anası ilə birlikdə fotosunu qoyaraq “Səni sevirəm. Anam, ən çox bənzədiyim. Gözlərinə qurban. Hələ mənim toyum var, nəvələrin olacaq. Allah bizi sevir və sınayır. Bu günümüzə çox şükür”, sözlərini yazan müğənni daha sonra xəstəxanadan şəkil paylaşıb.

O, digər paylaşımında anasının iflic keçirdiyini bildirib: “Çox şükür, anam yaxşıdır. Allaha şükürlər olsun. İflic keçirdi. Amma müalicəsi davam edir. Daha da yaxşı olacaq” .



17.10.2023 10:32
show 475