Çox az adam tapılar ki, xurmanı sevməsin. Hətta, zadəganlar üçün xurma yemək xüsusi incəlikdir. İsti ölkələrdə xurma “səhra çörəyi” adlanır. Tarixən bir çox ölkələrdə xurma sağlamlığın qeydinə qalmaq və həyatı uzatmaq üçün ideal vasitə hesab olunub.
Çinlilər xurma yeməyin uzunömürlülüyə səbəb olduğunu deyir. Hazırda bir çox dietoloqlar adi şəkər əvəzinə xurma yeməyi məsləhət görür.
Qədim zamanlarda xurmadan xərçəng, vərəm, müxtəlif şişkinliklər və iltihabi xəstəliklərin müalicəsində geniş istifadə edilib.
Mütəxəssislər sübut edib ki, quru xurmalar insan beyninə daha yaxşı
təsir edir; beyinin işləmə qabiliyyəti 20% daha yaxşılaşır, diqqətin
yayınması və halsızlıq yoxa çıxır.
Xurma insanlar tərəfindən becərilən ən qədim meyvələrdən biridir.
Müasir dünyada xurma əsas pəhriz elementi kimi məhşurdur. Alimlər
güman edir ki, ilk yabanı xurmalar 5-7 min il əvvəl ərəblər tərəfindən
istifadə edilib. İsraildə aparılan bir arxeoloji qazıntı zamanı
tapılan xurma çiyidinin yaşı 2 min il hesablanıb. Ehtimal olunur ki,
xurmanın tibbi məqsədlə istifadə olunmasına dair xüsusi bilgilər də
mövcud olub. Lakin, bu bilgilərin izi 500 il əvvəl itib.
Maraqlıdır ki, qədim Misir sərdabələri üzərində xurma şəkillərinə rast
gəlinir. Mənbələrdə qədim Babildə xurmadan şərab və sirkə hazırlandığı
barədə qeydlər var. Xüsusi minerallarla və şəkərlə zəngin olan bu meyvə
bədəvi pəhrizinin əsasını təşkil edirdi. Bir ərəb uzun səhra
yolçuluğuna çıxanda mütləq xurcunun iki gözünü də xurma ilə
doldurardı. Səyahət zamanı xurma onun əzələlərinin gücünü itməyə
qoymurdu. Eyni zamanda, isti səhra günəşinin yandırıcı şüaları altında
zehni bayğınlıq da keçirmirdi.
Bu gün xurma ağaclarının yayılma arealı ərəb ölkələrini əhatə edir.
İstehsal və satış üzrə siyahıya Səudiyyə Ərəbistanı liderlik edir.
Əlcəzair, Bəhreyn, Misir, İraq, İran, Yəmən, Liviya, Mərakeş, Birləşmiş
Ərəb Əmirlikləri, Oman, Sudan, Suriya və Tunis siyahını tamamlayır.
Tarixən dənizçilər və səyahətçilər tərəfindən xurma toxumları başqa
ölkələrə də aparılıb. Ona görə də indi ABŞ-ın Kaliforniya ştatında,
Meksikada, Avstraliyada, Cənubi Afrikada və digər bir neçə ölkədə də
xurma ağaclarına rast gəlmək mümkündür.
Mütəxəssislər gün ərzində 10 xurma yeməyin sağlamlığa faydalı olduğunu
deyir. Beləcə, gün ərzində orqanizmin mis və kükürdə olan ehtiyacı
tamamlanar.
Çinlilər xurma yeməyin uzunömürlülüyə səbəb olduğunu deyir. Hazırda bir çox dietoloqlar adi şəkər əvəzinə xurma yeməyi məsləhət görür.
Həzm prosesində yaranan narahatlıqları aradan qaldırmaq üçün bir stəkan südü bir xurma ilə içmək də mütəxəssislərin məsləhətlərinə daxildir.