Arıqlamaq və sağlam qalmağın fərqli üsullarından biri də xüsusilə yaponlar
tərəfindən istifadə edilən su terapiyası ilə arıqlama üsuludur. Yaponların incə
və güclü fiziki quruluşu bütün dünyanın diqqətini cəlb edir.
Qlobal.net bildirir ki, yapon qadınlarının gözəl dəriyə sahib olmasının və həddindən
artıq arıq olmasının sirlərindən birinin də su terapiyası üsulu olduğu
düşünülür.
Su terapiyasının əslində nə qədər asan olduğunu eşidəndə təəccüblənə bilərsiniz.
Çünki edilməsi lazım olan tək şey oyananda ilıq su içmək və sonra gündəlik həyata
başlamaqdır.
Əhəmiyyətli olan su terapiyasını həyat tərzinə çevirməkdə uğur qazanmaqdır.
Bu şəkildə faydaları görmək çox asan olur və bu da qalıcıdır.
Yaponlar yuxudan oyananda təxminən 4 stəkan, yəni 650 ml su içirlər və bu
suyun temperaturu istidən bir qədər soyuq olur. Yeni başlayanlar üçün yuxudan
duran kimi 4 stəkan su içmək ilk baxışda çətin və ürəkbulandırıcı görünə bilər;
Bu miqdara ancaq səviyyəni tədricən artırmaqla nail olmaq olar. Məsələn, ilk həftədə
yalnız 1 stəkan su içsəniz, ikinci həftədə suyun miqdarını 2 stəkan artırsanız,
həm mədə, həm də insan bu vəziyyətə alışa bilər.
Su terapiyası etməyin başqa bir hiyləsi su içdikdən sonra mədənizi bir müddət
boş saxlamaqdır. Yəni yuxudan oyanan kimi səhər yeməyi yeməmək su terapiyası ilə
arıqlamaqda son dərəcə əhəmiyyətlidir.
Səhər yeməyi üçün təxminən 40-45 dəqiqə gözləməlisiniz. Səhər yeməyində nə
yeyəcəyinizə heç bir müdaxilə yoxdur; Ancaq arıqlamaq istəyirsinizsə və bu səbəbdən
su terapiyası edirsinizsə, yüngül səhər yeməyiniz son dərəcə faydalı olacaq. Səhər
yeməyindən sonra təxminən 2 saat başqa heç nə yeməmək lazımdır.
Su terapiyasının faydaları:
1)Maddələr mübadiləsini sürətləndirir.
2)Qəbizlik və ishal problemini aradan qaldırır.
3)Hemoroid müalicəsinə kömək edir.
4)Bədənə enerji verir.
5)Dərinin daha canlı və hamar görünməsini təmin edir.
6)Saçlara və dırnaqlara canlılıq verir.
7)Baş ağrılarına və sinüzitə yaxşı gəlir.
8)Mədə ağrılarına və həzm sisteminə xeyirlidir.
9)Sidik yolları infeksiyasının müalicəsini dəstəkləyir.
10)İmmunitet sistemini gücləndirməyə kömək edir.
Səbinə
Qlobal.net