65d7349949eb9202402244841
Gündəmi silkələyən qətllə bağlı ŞOK AÇIQLAMA: "Bir adam 5 nəfəri öldürə bilməz" - VİDEO

Xəbər verdiyimiz kimi, fevralın 13-də Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir. 

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovla bağlı hər keçən gün müxtəlif şəxslər fərqli fikirlər irəli sürür. 

Məsələyə bir qədər fərqli açıqlama verən tanınmış psixiatr Nadir İsmayılov "LAF TV"nin yutub kanalına açıqlamasında bildirib ki, bir adamın 5 nəfəri öldürməsi real görünmür. Onun sözlərinə görə, Əhməd hələ ki istintaq prosesindədir və buna görə də dəqiq nə isə demək düzgün deyil.

Fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. (referans.az)


22.02.2024 15:47
show 414