Müğənni Günay İbrahimli paytaxt restoranlarının birində canlı ansambılla onu sevənlərin qarşısında konsert proqramı ilə çıxış edib.
Qlobal.net milli.az-a stinadən xəbər verir ki, günlərdir bu konsertə hazırlaşan cazibədar və zövqlü sənətçi deyilənə görə, bu səhnə çıxışı 40 dəqiqə üçün 10.000-15.000 azn arası qonorar alıb.
Ən sevilən ifalarını səsləndirən İbrahimli bu ifaları ilə də sevənlərinə unudulmaz gün yaşadıb.
Qeyd edək ki, gecənin aparıcısı "MTV Azərbaycan" kanalının siması Samir Bayramlı olub.