Müğənni Taleh Yahyayev sərt açıqlamalar verib.
Qlobal.net xəbər verir ki, bayağı müğənnilərlə eyni efiri bölüşməyə məcbur edilən ifaçı üzünü aparıcılara tutub.
"Sənəti olmayan ifaçıları yığıb efirə gətirirsiniz. Məni də onlarla birgə çağırırsınız. Başqa müğənnilər olacaq deyirlər. Verilişə gedib görürəm ki, tam ayrı qonaqlardır. Yalandan deyirlər ki, dəyişiklik oldu.
Hələ üstəlik aparıcı deyir ki, bayağı ifaçını təriflə, yaxşı imkanı var. Sənə pul verəcək. Bu vaxta qədər kimi tərifləmişəm? Günah məndədir. Sən, səviyyəsizin verilişinə niyə gedirəm ki, belə də edəsən". (milli.az)