635f62a5a92dc202210225237
Gülüstan Əliyevadan Əkbərə QƏRİBƏ TƏKLİF - Səndən xoşu gəlir...

Əməkdar artist Əkbər Əlizadə Əməkdar artist Gülüstan Əliyevanın ona etdiyi qəribə təklifdən danışıb.

Qlobal.net axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Söhbət var" verilişində danışıb. O bildirib ki, muğam ifaçısı ona uşaq bağçasında Şaxta baba olmaq təklifi edib:

"Bu yaxınlarda zəng vurdu ki, bir təklifim var. Elə bildim zarafat edir, gördüm ciddidir. Dedi ki, dekabrın 30-da iş salma. Uşaq bağçasındayam, müdir oturub yanımda, səndən xoşu gəlir. İstəyir bura Şaxta baba kimi gəlməlisən. Cavab verdim ki, əvvəl olub, indi bu yaşımda yox. Qadın qayıdır ki, animator kimi gələ bilər? Cavab verdim ki, bir şərtlə gələrəm, Gülüstan xanım da Qar qız olsun". 

31.10.2022 09:52
show 4397