Siyasət

Gültəkin Hacıbəyli ölkədən qaçdı

Sabiq deputat Gültəkin Hacıbəylinin ölkəni tərk etdiyi ilə bağlı yayılan iddialar fonunda, onun Ramiz Mehdiyev və “Teleqraf” agentliyi ilə bağlı paylaşımı maraq yaradıb.

Qlobal.net xəbər verir ki, məsələ Teleqraf.com-un yaydığı bir xəbərlə başlayıb. Agentlik öz mənbələrinə istinadən bildirib ki, Ramiz Mehdiyevin “Dövlət Şurası” siyahısında müxalifət nümayəndələri – Gültəkin Hacıbəyli və Əli Kərimlinin də adları var.

Bu məlumat yayıldıqdan az sonra Gültəkin Hacıbəyli öz sosial şəbəkə hesabında Teleqraf agentliyinə kəskin cavab verib və iddiaları qəti şəkildə təkzib edib:

“…Teleqraf agentliyi iddia edir ki, guya Ramiz Mehdiyevin siyahısında mənim adım var… Guya bu ölkədə kimin kim olduğunu bilməyən var? Çifayda. Getdi Ramiz Mehdiyevə arxalanıb hər hoqqadan çıxdığınız günlər. Sıranızı gözləyin.”

Sabiq deputat paylaşımının sonunda “Daha detallı yazacağam” deyərək, mövzuya qayıdacağını vəd edib. Lakin o, hələlik bu barədə əlavə açıqlama verməyib və ölkədən qaçdığı iddialarına da cavab verməyib.

Hazırda həm Hacıbəylinin “Ramiz Mehdiyev siyahısı” ilə bağlı dedikləri, həm də onun son günlər ictimai fəallığının zəifləməsi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Ekspertlər qeyd edirlər ki, Hacıbəylinin adının Ramiz Mehdiyevin gizli təsir dairəsi və “köhnə sistemin qalıqları” ilə eyni cümlədə çəkilməsi ciddi və mötəbər məlumatdır.

***

Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir.

Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı.Söhbət AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir.

Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən sonra Gültəkin Hacıbəyli ölkədən qaçıb. Mənbənin verdiyi məlumata görə, o Türkiyəyə gedib.O,da qeyd olunub ki,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən,gecə ilə tələm-tələsik Bakını tərk edib.

Related Articles

Leave a Reply

Back to top button