Göygöldə ŞOK OLAY: gənc oğlan həbsdə olan qardaşının arvadını başqa kişi ilə…
Göygöl rayonunda 1999-cu il təvəllüdlü Cəfər həbsdə olan
qardaşının arvadı Elnarəyə və onun qeyri-rəsmi münasibətdə olan
sevgilisi Kərəmə xəsarət yetirib.
Cəfər 3 iyun 2023-cü
ildə, saat 21 radələrində həbsdə olan qardaşı Vüsalın arvadı Elnarəni
Kərəm ilə Göygöl rayonunun “beş ulduz” adlanan ərazisində bir yerdə
görüb. O, Elnarənin Kərəm ilə arasında intim münasibətlərinin olduğunu
bildikdən sonra onunla həmin şəxslər arasında şəxsi münasibətlər
zəminində mübahisə baş verib.Mübahisə zamanı Cəfər
yerdən götürdüyü ağac parçası ilə Elnarənin sağ və sol əl nahiyələrinə,
Kərəmin isə bədəninin müxtəlif nahiyələrinə vurub.İstintaq
orqanı tərəfindən Cəfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət
işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Nuru adlı
şəxsin fermasında işləyir: “Hadisə günü iribuynuzlu heyvanları Nurunun
oğlu Seymur ilə Murov dağı istiqamətdə aparırdıq. Seymur isə ara-sıra
gələrək mənə kömək edib. Biz yorulduğumuzdan Göygöl rayonunda “beş ulduz
” adlanan yerdə dayanaraq istirahət etdik. Həmin gün təxminən saat 21
radələrində çörək yedik. Həmin vaxt əvvəllər tanımadığım, adı mənə
sonradan məlum olan Kərəm adlı şəxs “Mercedes” markalı avtomobillə
yanımıza gəldi. Kərəm Seymurdan Nurunun harada olduğunu soruşdu. Seymur
atasının orada olmadığını dedi. Kərəm Seymura bildirdi ki, Nuru gələndə
de, bir quzu götürərək gəlsin, oturub yeyib-içək. Seymur atası gələndə
söyləyəcəyini bildirdi”.
Təqsirləndirilən şəxs qeyd
edib ki, Kərəm bu sözləri deyib gedib: “Kərəmin avtomobilində əyləşmiş
qadının qardaşımın arvadı Elnarə olduğunu gördüm. Kərəmgil getdikdən
təxminən 10-15 dəqiqə sonra Seymur mobil telefonlarını enerji yığması
üçün qoyduğunu, birgə gedib-gətirməyi təklif etdi. Seymurla gedən zaman
Kərəmgilin gəldiyi avtomobilin orada dayandığını, Seymurun da mobil
telefonlarını oradan götürdüyünü gördüm. Kərəmgilin yaşadığı vaqonun
yaxınlığında Seymurun mobil telefonlarını götürərək gəlməsini gözlədim.
Seymurla geri qayıtdıq. Biz istirahət etdiyimiz yerə çatan zaman Seymura
işimin olduğunu dedim və Elnarəgilin olduğu yerə doğru getdim.
Avtomobilin dayandığı yerə çatanda gördüm ki, Elnarə və Kərəm vaqonun
qarşısında pilləkəndə dayanıblar. Mən istəyirdim ki, Elnarədən niyə belə
etdiyini, “qardaşım həbsdədir deyə başqaları ilə bir yerdə olmalısanmı”
deyə soruşum. Lazım olanda ona özüm də maddi cəhətdən köməklik etdiyimi
bildirim. Əsəbi olduğumdan məqsədim Elnarəni vurmaq idi. Vaqonun
yaxınlığında yerdə olan ağacı əlimə aldım, səssizcə həyətə daxil oldum
ki, məni görməsinlər. Lakin Elnarə məni gördü və qışqırmağa başladı.
Əlimdə olan ağacla Elnarəni vurdum. Lakin qaranlıq olduğundan harasına
dəydiyini bilməmişəm”.
Təqsirləndirilən şəxs
bildirib ki, həmin vaxt Kərəm onun qarşısına keçib: “Əlimdə olan ağacla
əvvəlcə Kərəmin başına vurdum, yerə yıxıldı. Daha sonra isə ağacla
sinəsinə, kürəyinə, qollarına, başının müxtəlif nahiyələrinə vurdum.
Lakin qaranlıq olduğundan başqa hansı nahiyələrinə dəydiyini bilməmişəm.
Elnarə isə qışqıraraq kömək çağırırdı. Daha sonra əlimdəki ağacı yerə
atdım, Elnarəni vurmaq üçün üzərinə doğru getdim. Lakin Elnarə qaçaraq
vaqona daxil oldu. Elnarə qapını bağladı. Qapını təpikləsəm də, aça
bilmədim. Bu zaman Kərəm ağacla bir dəfə başımdan vurdu. Geri baxanda
Kərəmin üz-başının qan içində olduğunu gördüm və onunla yaxalaşdıq. Bu
vaxt səs-küyümüzə Seymur gəldi, bizi ayırdı. Məni oradan apardı. Seymur
məndən niyə münaqişə etdiyimi soruşdu. Bildirdim ki, Kərəmin yanında
olan Elnarə adlı qadın həbsdə olan qardaşım arvadıdır. Bu səbəbdən
münaqişə edərək, ona xəsarət yetirmişəm”.İş üzrə
zərərçəkmiş Kərəmin sözlərinə görə, “beş ulduz” adlanan yerdə vaqonda
qalır, özünəməxsus iribuynuzlu heyvanlarını saxlayır: “Hazırda orada tək
yaşayıram. Hadisə günü, təxminən saat 18.30-da tanışım adını sonradan
bildiyim Seymur mənə yaxınlaşdı, özünəməxsus mobil telefonu enerjiyə
qoymaq istədiyini bildirdi. Seymur adlı şəxslə söhbət əsnasında onun
tanışım Nurunun oğlu olduğunu öyrəndim. 2 ədəd mobil telefonu enerjiyə
qoyduqdan sonra özümə məxsus avtomobillə Elnarəni mənə kömək etməsi üçün
gedib evlərindən qaldığım vaqona gətirdim. Əvvəlcə Elnarə ilə birlikdə
Nurunun olduğu yerə getdim. Nurunun oğlu Seymur atasının burada
olmadığını bildirdi. Daha sonra biz vaqona geri qayıtdıq. Geri
qayıtdıqdan bir qədər sonra Seymur gələrək mobil telefonlarını götürdü.
Həmin vaxt Elnarə də yanımda idi. Seymur getdikdən təxminən 10-15 dəqiqə
sonra heyvanların balalarını yemləmək üçün getdim. Bir qədər sonra
Elnarə vaqondan çıxdı. Qəfil Elnarənin qışqırdığını və tanımadığım
şəxsin onu vurduğunu gördüm. Elnarəni qorumaq üçün qarşısına keçdikdə
həmin şəxs əlindəki ağacla başımdan vurdu. Özümü itirdim və yerə
yıxıldım. Həmin tanımadığım şəxs əlində olan ağacla bədənimin müxtəlif
nahiyələrinə vurdu”.
Zərərçəkmiş qeyd edib ki, daha
sonra həmin şəxsin vaqonun qapısını təpiklədiyini, Elnarənin isə
qışqırıq səsini eşidib: “Ayağa duraraq, yerdə olan ağacı götürdüm və
həmin şəxsin başından vurdum ki, içəri girərək Elnarəni vurmasın. Daha
sonra həmin şəxslə vaqonun qarşısında yaxalaşdıq. Bu zaman Seymur
gələrək Cəfəri məndən aralaşdırdı və özü ilə apardı. Bundan sonra
yaxınlıqda olan Vəli adlı şəxs səsə gəldi. Vəliyə dedim ki, Davud adlı
dostuma zəng etsin və bura çağırsın. Mən özüm də hadisə ilə bağlı Daxili
İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etdim. Həmin
vaxt Elnarə bildirdi ki, bizi vuraraq xəsarət yetirən şəxs keçmiş qaynı
Cəfərdir. Daha sonra Davud yanımıza gəldi və bizi Göygöl rayon mərkəzi
xəstəxanasına apardı. Cəfərin qardaşının keçmiş arvadı Elnarə ilə
qeyri-rəsmi münasibətdə olmaqla yaşayıram”.
Bu
cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə
təqsirləndirilən şəxsin zərərçəkmişlərlə barışmasını, zərərçəkmiş
şəxslərin ondan şikayətçi olmamalarını nəzərə alıb. Bu səbəbdən Cəfərin
barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət
məsuliyyətindən azad edilib. /Teleqraf.com/