Trampdan dünyanı qorxudan AÇIQLAMA

Görünməmiş bir müharibə olacaq - Trampdan dünyanı qorxudan AÇIQLAMA

ABŞ prezidenti Tramp növbəti dəfə bütün dünyada gündəm olan açıqlama verib.
Qlobal.net
xəbər verir ki, Tramp açıqlamasında Ukraynada sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə 3-cü Dünya Müharibəsinin başlayacağını deyib.
O, bunun nüvə silahı ilə “görünməmiş müharibə” olacağını bildirib.
ABŞ prezidenti bildirib ki, Rusiya və Ukrayna arasında atəşkəs danışıqları irəliləyir, lakin iki ölkə sülh şərtləri ilə bağlı razılığa gələ bilməsə, dağıntılar başlaya bilər. Tramp çıxışında prezident olduqdan sonra böyük irəliləyiş əldə olunduğunu bəyan edərək, müharibəni bitirmək üçün Rusiyanın baş naziri ilə görüşdüyünü də deyib.

Tramp sözlərinə belə davam edib: "Düşünürəm ki, Rusiya ilə yaxşı gedirik, prezident Putinlə danışırıq, müharibəni bitirmək istəyirik. Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlarımız olub, Rusiya ilə atəşkəs əldə edə bilsək, yaxşı olacaq. Lakin bu, heç də asan deyil".

Bu bəyanatdan əvvəl Donald Tramp Rusiyanı Ukrayna əsgərlərinin “həyatını bağışlamağa” çağırıb.

Məlumat üçün onu da qeyd edək ki, Rusiya ötən həftə Kiyevin Kurska transsərhəd hücumu zamanı ələ keçirdiyi ərazinin böyük hissəsini keçən həftə sürətli əks-hücumla geri alıb.

16.03.2025 08:04
show 526