photo_62834449
Gömrük generalının Praqada hotelləri üzə çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir.

Qlobal.net Axar.az-a istinadla xəbər verir ki, İ.Hüseynovun bu hotel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.

Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.

Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin “qara kassa”sı olub.

05.08.2022 18:09
214