6634d5306ffbe202405241440

“Bu yaxınlarda bir şey eşitdim, deməyə dilim gəlmir. O qadının…” – VİDEO

Tanınmış müğənni Akif İslamzadə yerli televiziyaların durumundan gileylənib. 

Qlobal.net xəbər verir ki, “Künc-Bucaq” adlı “YouTube” layihəsinin qonağı olan 76 yaşlı sənətçi ailədaxili mövzuların efirə çıxarılmasını sərt şəkildə tənqid edib:

“Bu gün efirə hər şeyi çıxarırlar. Biz böyüklərimizdən belə görmüşük ki, xüsusən də ismətli, abır-həyalı qadınlar nə isə görəndə özlərini görməzliyə, eşitməzliyə vurublar. Ailədə çox söhbət olar, amma bunu qonşular arasında danışmazlar. Bu yaxınlarda bir şey eşitdim, bu, lap biabırçılıqdır. Dilim də gəlmir deməyə, o hərəkəti edən qadının 4 şahidi olsa, şəriət qanunlarına görə, qanı da halaldır. Verilişlərin birində bir sənət adamı deyib ki, atamı xalamla görmüşəm. Belə şeyləri efirə buraxmazlar! Əgər efirə buraxırsansa, gərək 4 şahidin ola. Bəlkə biri gəlib efirdə düşmənçiliklə söz danışır, bəlkə xalqın əxlaqını pozmaq istəyir, bəlkə psixikası yerində deyil? Hər şeyi üzə vurmazlar, açıb danışmazlar”.

A.İslamzadə yerli telekanallarda yayımlanan reklamları da biabırçılıq adlandırıb:“Efirlərdə yayımlanan reklamlar da biabırçılıqdır. Biz başa düşürük, bu reklamla pul qazanırlar, amma o reklamı da abır-həya çərçivəsində yayımlamaq lazımdır.

Mənim yaxın bir dostum var, Mərdəkanda yaşayır, hər dəfə onlara gedəndə deyirəm ki, televizoru söndür, söhbət edək. Bir dəfə gedəndə gördüm ki, televizorda peyğəmbər haqda film gedir, anası, bacısı, gəlini də baxır. Demədim ki, söndür. Bir müddət sonra reklam fasiləsi oldu, gördüm ki, qadınlar otaqdan çıxdı. Dostum dedi ki, indi başa düşdüm niyə hər dəfə televizoru söndür deyirsən.

Hətta peyğəmbərin mövludu günündə də efirlərdə belə şeylər verirlər. Bunlara fikir vermək lazımdır. Belə reklamları gecə 11-12-dən sonra vermək lazımdır.

Bəzən evdə tək otururam, televiziyaya baxıram, elə səhnənin şahidi oluram, elə sözlər eşidirəm ki, tək olmağıma baxmayaraq, özüm-özümdən xəcalət çəkirəm. Yerli telekanallarda belə şeylərə rast gələndə isə bu, ikiqat pis təsir edir”. (Yenisabah.az)

03.05.2024 16:14
show 374