64eedfd9d1d39202308232113
Gizli kameraya düşən görüntülər dəhşətə gətirir - Ev sahibi kirəçi qadına... - VİDEO

Türkiyədə Suriya əsilli qadın ev sahibi seksual təzyiqinə məruz qalıb.

39 yaşlı iki uşaq anası qadına ev sahibi tərəfindən dəfələrlə cinsi qısnama icra olunub. Kişi müxtəlif vaxtlarda qadının evinə gələrək ona seksual təzyiq göstəririmiş. Baş verənləri 14 yaşlı qızına danışdıqdan sonra qız olanları gizli kamera vasitəsilə qeydə almağı bacarıb. Həmin gün evlərinə gələn ev sahibi qızdan qəhvə dəmləməsini istəyib.

Daha sonra kişi qıza pul təklif edərək axşama kimi evə gəlməməsini deyib. Qız buna etiraz edərək, mətbəxə qəhvə dəmləməyə keçib. Fürsətdən istifadə edən kişi qadına yaxınlaşaraq, ona seksual hərəkətlər etməyə çalışıb, qadın qaçaraq xilas olub.

Həmin görüntüləri təqdim edirik:


(milli.az)

30.08.2023 10:10
show 1632