Türkiyənin Niğde bölgəsində 2 gün ərzində xəbər alınmayan avtomobil ustası olan 40 yaşlı Ramazan Özkan və sevgilisi Hüsniye Yalçının (48 yaş)qətlə yetirildikləri ortaya çıxıb.
Qlobal.net Parol.az-a istinadla xəbər verir ki, cütülük kirayə tutduqları mənzildə əlləri-ayaqları iplə bağlandıqdan sonra, çəkiclə dəfələrlə zərbəyə məruz qalaraq qətlə yetiriliblər.
Dəhşətli cinayətə görə şübhəli qismində qadının həyat yoldaşı saxlanılıb.
Qeyd edək ki, Özkanın evli və 3 uşaq atası, Yalçının da evli 4 uşağının olduğu məlum olub.
Faktla bağlı araşdırma davam etdirilir.