"Getsin, bambılılığını eləsin" - Bəhrama sərt tənqid!
Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan videosu müzakirə yaradıb. Belə
ki, aktyorun şəhərin mərkəzi küçələrinin birində - yolun hərəkət
hissəsində 20 dəqiqə avtomobilini saxlayaraq başqa insanlarla
söhbətləşməsi tənqid edilib.
Videonu çəkən şəxs onun “urbanizasiya” çıxışını xatırladaraq qayda pozmasına irad tutub.
Bağırzadənin bu tənqid edilən addımı ilə bağlı
“Sherg.az”a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib ki, aktyoru ciddi qəbul etmir: “Mən
bu adamı və bu mövzunu ciddi qəbul eləmirəm. Ona görə də qarışmıram.
Şoumen adamdır, getsin bambılılığını eləsin. Bu kimdi ki, biz qiymətli
vaxtımızı ayırıb onun hər addımını müzakirə edək. Mədəniyyət də
individualdır, bunun coğrafi, dini, irqi, milli mənsubiyyəti olmur. Hər
yerdə mədəni adamlar da var, vəhşilər də”.
Xatırladaq
ki, aktyor regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa
bilməməkdə ittiham etməsi ilə gündəm yaratmışdı. Onun bu fikri birmənalı
qarşılanmamışdı.
Bəhram Bağırzadənin "Bakıya
gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar
hətta restoranda çox ucadan danışırlar" sözləri müzakirələrə səbəb
olmuşdu.