Şou-biznes

Getdiyim toyda Nəfəsi, Damlanı görəndə əsəbləşirəm – Taleh Yahyayev

Opera ifaçısı Taleh Yahyayev dəvət aldığı məclislərdə bayağı müğənnilərlə rastlaşdığı üçün narazılıq edib.

Qlobal.net xəbər verir ki, o, bu barədə “Öz aramızda” verilişində danışıb.

İfaçı bildirib ki, toylarda bəzi müğənnilərlə eyni səviyyədə tutulmaq onu qane etmir:

“Dəvət aldığım məclislərdə Nəfəsi, Damlanı görəndə əsəbləşirəm. Bu dəqiqə ən hörmətsiz yer toylardır. Onları da pisləmirəm, sadəcə olaraq əməyimə heyifim gəlir. Pul baxımından ondan üstün olsaq belə, eyni səviyyədə tutuluruq. Onlarla rastlaşmaq istəmirəm. Ya başda oxuyum, ya da sonda. Onlarla bir araya gəlməyim. Görün sənət hansı səviyyəyə enib. Bayağılıq yolu ilə tanınanları da qınamıram. Bayağılıqdan uzaqlaşsalar belə, həmin peçat onların üstündədir. Unutmaq üçün əsrlər lazımdır. Ona da heç birinin ömrü çatmaz”.

Qeyd edək ki, Taleh Yahyayev həmin müğənnilərə dəstək verən sənət adamlarını da sərt tənqid edib və onları “Xalq düşməni” adlandırıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от shownews by İsa Şükürov (@show_news)

Related Articles

Bir cavab yazın

Back to top button