19.04.2021
11:37
78

GƏRGİNLİK PİK HƏDDƏ: Türkiyə donanması fransız gəmisinin qarşısını kəsdi - Bölgəyə ordu yeridilir

Loading...

Aralıq dənizinin şərq hissəsində  Türkiyə donanması ölkənin su sərhədlərinə daxil olmağa çalışan Fransaya məxsus gəminin qarşısını alıb.

Qlobal.net metbuat.az-a istinadən  xəbər verir ki, Fransanın elmi araşdırma gəmisi Yunanıstanın hərbi qayıqlarının müşayiəti ilə Türkiyənin qitə sahəsinə girməyə cəhd göstərib. Lakin Ankaranının qəti mövqeyindən sonra fransızlar geri qayıtmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, ötən həftə Yunanıstan Türkiyə su sərhədlərini pozaraq NAVTEX elan etmişdi. Məqsəd fransız gəmisinin bölgəyə üzməsini təmin etmək olub.

Lakin Türkiyə dərhal qarşı NAVTEX elan edərək, hərbi qüvvələrini bölgəyə cəmləşdirib.

Loading...