Zaporojye AES-də baş verə biləcək mümkün qəza Çernobıl və Fukusimada baş vermiş fəlakətlərin miqyasını üstələyəcək.
Qlobal.net axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev deyib.
Onun
sözlərinə görə, radiasiya çirklənməsinin zonası (5,3 min kv.km-dan çox)
Kiyev, Zaporojye, Xarkov, Poltava, Xerson, Odessa, Nikolayev,
Kirovoqrad, Vinnitsa, Donetsk və Luqansk, eləcə də Rusiya və Belarusun
həmsərhəd rayonları, həmçinin Moldova, Bolqarıstan və Rumıniya əhalisinə
təsir edəcək.
General əlavə edib ki, situasiya əlverişsiz hava şəraiti və Cənub-Ukrayna AES-in mümkün çirklənməsi səbəbindən gərginləşə bilər.