16.03.2021
00:31
467

General Rövşən Əkbərovun həbs edilmə səbəbi - SENSASİON FAKTLAR AÇIQLANDI

Loading...
General-leytenant Rövşən Əkbərovun həbs edilmə səbəbi məlum olub.
 
Sfera.az xəbər verir ki, hələ 2003-cü ildə Səmayə Şükür qızı Əliyeva və Fəday Dəmirxan oğlu Əliyev Avropa İnsan Haqları Məhkəməsinə ərizəçilərin 43 yaşlı oğlanlarının qətlinin araşdırılması ilə bağlı müraciət edilmişdi.

Ərizədə qətl hadisəsinin 1 İyun 2001-ci ildə Ukraynanın Kiev şəhərində baş verdiyi bildirilmişdir.
 
Ukrayna hüquq mühafizə orqanları 2 Azərbaycan vətəndaşını şübhəli kimi müəyyən etmiş iş araşdırılmaq üçün Azərbaycan hüquq mühafizə orqanlarına ötürülmüşdü.

Maraqlısı budur ki, qalmaqallı qətl hadisəsində adı keçənlərdən biri General Leytenant Rövşən Əkbərovdur.
Loading...