6540c25d085f9202310230117
General canlı yayımda Xoşqədəm Hidayətqızına zəng etdi - VİDEO

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni Axtarıram" verilişinə Rusiyada yaşayan azərbaycanlı general zəng edib.

Qlobal.net manset.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyində çalışan azərbaycanlı genereal Sibirxan İbrahimov zəngində proqramda valideynini axtaran Nuranə Məmmədovanın atası ilə bağlı məlumat verib.

O, qeyd edib ki,  xanımın atası Ələmdar Məmmədov 2002-ci ildə cinayət törətdiyinə görə həbs edilib. O, 13 il həbsdə olub.Hazırda Rusiyada yaşayan ata qızı ilə görüşməkdən imtina edib.


31.10.2023 13:00
show 654