Gəncədəki qətl necə baş verib? – Ata içəri girib və ... (VİDEO)
Gəncədə qardaşın bacısını öldürməsi ilə bağlı təfərrüatlar məlum olub. Məlumata
görə bacı və qardaş arasında sosial şəbəkədən istifadəyə görə başlayan
davanı əvvəlcə ataları ayırıb. Digər otağa keçən ata sonradan
mübahisənin yenidən qızışdığını görərək övladlarının olduğu otağa geri
qayıdıb. Bu zaman o, oğlunun bacısına bıçaqla ağır xəsarət yetirdiyini
görüb.
Qonşuların sözlərinə görə ailə üzvləri
arasında daha əvvəllər dava-dalaşın olması müşahidə edilməyib. 21 yaşlı
Pəri Allahverdizadə boğaz nahiyəsindən aldığı ağır bıçaq xəsarəti
nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Müddətdən artıq hərbi
xidmət qulluqçusu və idmançı olan Əli Allahverdizadə isə hadisədən sonra
evi tərk etməyib və polisə könüllü təslim olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hər ikisi 2001-ci il təvəllüdlü olan Pəri
Allahverdizadə ilə Əli Allahverdizadə arasında mübahisənin səbəbi qızın
"Instagram" sosial şəbəkəsindən istifadə etməsi olub. Faktla bağlı Gəncə
şəhər prokurorluğunda araşdırma aparılır.