Cəmiyyət

Gəncədə məktəblilər dönərdən zəhərləndilər

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Qlobal.net-in məlumatına görə Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Related Articles

Leave a Reply

Back to top button