avtobus

Gəncədə kişi sərnişindən avtobusunda biabırçı hərəkət - ANBAAN VİDEO (YENİLƏNDİ)

Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri mübafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib. Şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, hadisə Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

***

Gəncədə sərnişin avtobusda qeyri-etik hərəkətlər edib.

Bu barədə məlumat BAKU.WS-in «qaynar xətti«nə daxil olub.

Bildirilib ki, hadisə ötən gün Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. 

Həmin anlar başqa bir sərnişin tərəfindən lentə alınıb. 

Sözügedən görüntüləri təqdim edirik:

31.08.2024 20:45
show 9490