Gəncədə gənc oğlan xalası qızını ərindən boşatdırdı, lüt fotolarını... – ŞOK TƏFƏRRÜAT
Gəncə şəhərində 1988-ci il təvəllüdlü Ədil xalası qızı Şəfanı (adlar şərti verilib – red.) lüt şəkilləri ilə şantaj edib.Ədil
istifadəsində olan “Samsung” markalı mobil telefonun “Whatsapp” mobil
tətbiqi vasitəsi ilə xalası qızı Şəfanın çoxsaylı təkid və şantajlarına
görə göndərdiyi yarıçılpaq vəziyyətdə fotoşəkilini özünə məxsus mobil
telefonunun yaddaşına köçürüb.
3 noyabr 2022-ci ildə Şəfanın
yaşadığı evdə telefonun yaddaşında saxladığı fotoşəkili ona göstərib. Bu
barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini
bildirib, yarıçılpaq fotoşəkili nümayiş etdirərək barəsində rüsvayedici
məlumatlar yayacağı ilə onu hədələyib.
Bu şantajla Şəfadan 4000 manat və qızıl-zinət əşyası tələb edib.
Bundan
başqa, Ədil Şəfanın onunla yaxın münasibət qurmaq təklifindən imtina
etməsindən hiddətlənib. Həmin ilin noyabrın 26-da saat 22 radələrində o,
xalası Südabənin yaşadığı evə hasardan aşmaqla daxil olub. Üzərində
gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən
çapacağın küt hissəsi ilə xalasına bədən xəsarətləri yetirib. Həmçinin
Südabənin əri Tahirə də yügül xəsarətlər yetirib.
İstintaq orqanı
tərəfindən Ədilin barəsində Cinayət Məcəlləsinin 157.2 (mənzil
toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor
tətbiq etmə hədəsi ilə törədildikdə), 182.1 (hədə-qorxu ilə tələb etmə,
yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti
üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və
ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka
olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini
tələb etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan
əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq
olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi
ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan
edilib.
“Xalam qızını şantaj etməmişəm”Cinayət işi üzrə
təqsirləndirilən şəxs qismində ifadə verən Ədil ona elan olunmuş ittiham
üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş şəxslər –
Südabə xalası, Tahir xalasının əri, Şəfa isə xalası qızıdır. Onun
ifadəsinə görə, həmin zərərçəkmiş şəxslər ondan 2022-ci ilin martında
şikayət ediblər: “Mənim Tahiri öldürmək fikrim olmayıb. Belə bir
niyyətim olsaydı, bu hərəkəti mal bazarında edərdim. Həmçinin xalam qızı
Şəfanı şantaj etməmişəm. Onunla aramızda olan yazışma və fotoşəkilləri
məcburən ortaya çıxarmışam. Bunu mənə xalamın əri Tahir məcbur edib.
Hadisə ilə əlaqədarbildirirəm ki, bir neçə il əvvəl xalam qızı Şəfa məni
istəməsi ilə bağlı qısa video göndərdi.
Lakin mən Şəfanı sevmədim. Mən Aydan adlı qızı sevmişəm. O ərəfədə Aydangilə xalam Südabə ilə anam elçi gedib”.
“Şəklimi ərimə niyə göndərmisən?..”Təqsirləndirilən
şəxs qeyd edib ki, bununla belə o, xalası qızı Şəfa ilə mütəmadi olaraq
telefonda danışıb, açıq söhbətlər edib və Şəfaya qarşı onda sevgi
yaranıb: “Bundan sonra biz telefonda yazışmışıq və bir-birimizə şəkillər
göndərmişik. Xalamgilə gedəndə Şəfa da əri evindən mənimlə görüşmək
üçün oraya gəldi.
Bir dəfə Şəfaya zəng vuraraq məndən ayrılmaq
istəyib-istəmədiyini soruşdum. O mənə 2 noyabr 2021-ci ildə anası
Südabənin evinə gəlməyimi, orada mənimlə görüşərək ayrılacağını söylədi.
Şəfaya bağlandığım üçün mən də xalamın evinə getdim. Onların evində
olarkən Şəfa qabaqcadan mənə yaxınlaşa bilməyəcəyini söylədiyi üçün
kənarda dayandım.
Orada Şəfa məndən nə üçün əri Yavərə onun
şəkilini göndərdiyimi soruşdu. Mən də cavabda dedim ki, Yavər səninlə
aramızda olan münasibətə sübut istədiyi üçün şəkli ona göndərmişəm”.
“Dəhrə ilə başımdan vurdu”Ədilin
sözlərinə görə, 2022-ci ilin fevralından başlayaraq xalası qızı Şəfa
ilə arasında mübahisələr yaranıb və Şəfagil ondan şikayətlər etməyə
başlayıblar: “Nəhayət, 2022-ci ilin noyabrında Şəfagil dedilər
ki, gəl danışıb razılaşaq. Saat 22 radələrində Tahirgilin evinə getdim.
Getməmişdən öncə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və
Tahirin məni evlərinə çağırdığını, onlara gedəcəyimi dedim. Oradan mənə
xalam evinə tək getməməyi məsləhət gördülər. Sonra isə “get, orada
post-patrul var” dedlər. Mən də xalam Südabəgilin evinə yollandım.
Əvvəlcə
evin qapısının zəngini basdım, sonra çağıra-çağıra evin həyətinə girmək
üçün qəssabxanadan keçərək xalamgilin qarajına daxil oldum. Orada
Tahirin əlində dəmir, xalam Südabənin isə əlində kəndir dayandıqlarını
gördüm. Onlara gücüm çatmayacağını fikirləşdim və qaçmaq istədim. Tahir
iki dəfə dəhrə ilə başımdan vurdu, halım dəyişdi.
Tahir vuranda
oğlu Vüsal məni yerə yıxdı. Südabə isə yerdə əlindəki dəmirlə qoluma
vurdu. Sonra oraya polislər gəldi və məni sürüyüb polis maşınına
mindirdilər. Əvvəlcə məni polis şöbəsinə, oradan da xəstəxanaya
apardılar”.
“Mənə pul təklif etdi”Ədil deyib ki, hadisə
zamanı Tahirgil onu döyüb, ölümcül vəziyyətə saldıqdan sonra ayağını
iplə bağlayıblar, əlinə çapacağı qoyub, özlərinə xəsərət yetiriblər: “Xalam
qızı Şəfa ərdə olmasına baxmayaraq məndən əl çəkmirdi. Məndən gəlib onu
aparmağımı istəyirdi. Məni çox şeylərə məcbur eləyirdi. Bundan xalam
Südabənin də məlumatı vardı. Sonuncu dəfə Bakı şəhərində olan zaman Şəfa
yenə mənə zəng etdi, onu aparmağımı tələb etdi, əks halda adımı yazaraq
cibinə qoyub özünü öldürəcəyini söylədi. Bu barədə xalam Südabəyə də
məlumat verdim.
Bundan başqa, xalamın əri Tahir qızı Şəfanın
məndə olan şəkilini telefondan silmək üçün pul təklif etdi. Lakin mən
razılaşmadım”.
“Sevgili gözü ilə baxmamışam”İş üzrə zərərçəkmiş Şəfanın sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır, təqsirləndirilən Ədil onun xalası oğludur: “2019-cu
ildə əmim oğlu Yavərlə rəsmən ailə həyatı qurdum. Həmin nikahdan bir
qızımız oldu, xəstəliyi səbəbilə evdə ona baxırdım. Bir müddət sonra
ərimlə aramızda soyuqluq yarandı. O ərəfədə xalam oğlu Ədil bacısından
mobil telefon nömrəmi aldı və mənə yazmağa başladı.
İlk vaxtlar
Ədil mənə xalaoğlu kimi yazsa da, sonradan mesajda “ərindən boşan, səni
alım, mən səni istəyirəm” deyə qeyd etdi. Mən özüm Ədilə sevgili gözü
ilə baxmamışam, qardaş kimi münasibət bəsləmişəm.
Bir dəfə mərhum
xalamın il mərasimi zamanı qohum kimi hamımız bir yerə yığışdıq. Yas
yerində Ədil məni otaqlardan birinə çəkdi və dedi ki, mənə 4000 manat
pul lazımdır. Ondan bu qədər pula nə edəcəyini soruşdum. “Kişiliyimdə
problem var, onu müalicə etdirmək istəyirəm, xəstəxana ilə danışmışam”
dedi. Mən pulum olmadığını söylədim”.
“Cinsi əlaqədə olmağı təklif etməyə başladı”Şəfa
qeyd edib ki, bir dəfə qayınanasıgillə birlikdə Ədilgilin evinə gedib:
“Ədil orada mənə pis niyyətlə yaxınlaşmaq istədi. Mən onu itələdim və
söyüb yaxına buraxmadım. Ədil hər dəfə görəndə məndən xoşu gəldiyini,
mənimlə evlənmək istədiyini deməyə başladı. Mən ona evli olduğumu
söylədim, məni narahat etməməsini xahiş elədim. Lakin Ədil məndən əl
çəkmədi.
O məndən lüt foto şəkillər çəkərək göndərməyimi, əks
təqdirdə mənimlə intim münasibətdə olması barədə məlumatlar yayacağını
söylədi. Əvvəl bundan imtina etdim. Sonradan qorxaraq bir neçə foto, o
cümlədən sinədən yuxarı şəkilimi çəkərək ona gördərdim.
Ədil
mənimlə cinsi əlaqədə olmağı təklif etməyə başladı. Mən də bu barədə
Ədilin bacısına və atam Tahirə dedim. Ədil mənim fotoşəkillərini ərim
Yavərə göndərdi. Bu cür hərəkətlərlə ailəmin dağıtdı, məni ərimdən
boşatdırdı”.
“Pul istədi, vermədim, o da...”Zərərçəkmiş
qeyd edib ki, öz şəkillərini Ədilə göndərməkdə məqsədi xalası oğlunun
ondan əl çəkməsinə nail olmaqmış: “Fotoşəkillərimi əldə etdikdən sonra
Ədil daha da irəli gedərək, məndən qızıl və yaxud 4000 manat tələb etdi.
Verməyəcəyim təqdirdə açıq-saçıq şəkilimi yayaraq məni el içində rüsvay
edəcəyi ilə şantaj elədi.
3 noyabr 2022-ci ildə yaşadığımız evdə
olan zaman mobil telefonun yaddaşındakı yarıçılpaq fotoşəkilimi mənə
göstərdi. Bunu yaxın qohumlarım və qəsəbə sakinləri arasında yaymamağı
müqabilində məndən qızıl, yaxud 4000 manat pul tələb etdi. Ona özümün
maddi imkanım olmadığını, qızıllarımın isə qayınanamgildə olduğunu
dedim. Onu fikrindən daşındırmağa çalışdım.
Lakin Ədil fikrindən
dönmədi, tələb etdiklərini verməyəcəyim təqdirdə şəkillərimi yayacağını
bildirdi. Tələbini yerinə yetirmədiyim üçün fotoşəkillərimi ərimə və
yaxın qohum-əqrəbama göndərdi. Guya mənimlə cinsi əlaqədə olduğunu
olduğunu söylədi. Bu söhbətdən sonra ərim məni boşadı”.
“Anama xəsarət yetirdi”Şəfanın
sözlərinə görə, axırıncı dəfə saat təxminən 22:30-da atası müharibədə
yaralanan və Bakıdakı hərbi qospitaldan gələn qardaşını qarşılamaq üçün
Gəncə şəhərinə getməli olub: “Evdə mən, anam, xəstə övladım,
yaşlı nənəm qalmışdı. Bu zaman xalam Elmira zəng edərək anama oğlu
Ədilin bizi öldürmək, evimizi yandırmaq məqsədilə gələcəyini söylədi,
buna görə atamın ehtiyatlı olmasını tapşırdı. Bir qədər sonra həyətdə
səs eşitdim. Pərdəni aralayıb baxanda Ədiln həyətimizdə gördüm. Tez
anama xəbər verdim və zəng vuraraq atamı çağırmasını istədim.
Amma
atama özüm zəng vurub gördüklərimi ona dedim. Atam dərhal geri qayıtdı.
O qayıdana qədər Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət
etdim. Anamla özümüzü müdafiə etmək üçün evdən dəmir maşa götürdük.
Həyətə
çıxanda Ədili həyətdə tikilmiş, qapıları açıq vəziyyətdə olan əl
damında gördük. Biz əl damına girəndə Ədil əlindəki dəhrənin arxası ilə
anamın baş nahiyəsindən vurdu. Mən isə əl damının qapısını çəkdim, Ədil
qapı ilə çərçivənin arasında qaldı. Onu elə orada sıxıb saxlamağa
çalışdım. Daha sonra əlindəki dəhrəni yerə salmaq üçün maşa ilə qolundan
vurdum.
Ədil yerə yıxıldı, atam Tahir də bu zaman ora gəldi. Mən
və anam tez Ədilin əlindəki dəhrəni alaraq kənara atdıq. Qaçmasın deyə
əl damındakı ipi götürərək onun ayaqlarına doladıq.
Bizim Ədilin
ayağını iplə doladığımızı görən atam dərhal onun qollarından tutdu ki,
polis gələnə kimi ayağını açıb qaça bilməsin. Ədil atamın barmağını
dişlədi, əlini ataraq dəhrəni yerdən götürüb atamın barmağına vurdu, ona
xəsarət yetirdi. Həmin vaxt polis əməkdaşları həyətimizə gəldi, Ədili
polis şöbəsinə apardılar”.
Şəfa qeyd edib ki, anasının baş
nahiyəsindən qan gəldiyini görən Tahir avtomobili ilə onu Gəncədəki 3
saylı xəstəxanasına aparıb.
“Şər atıb”Zərərçəkmiş əlavə
edib ki, Ədilin şər-böhtan atması birinci dəfə deyil: “O, bacısının da
kənddə guya bir neçə nəfərlə cinsi əlaqədə olması barədə şər-böhtan
yaymışdı. Onun öz ailəsində şəxsi münasibətlər zəminində problemləri
vardı. Ədil anama və qardaşıma da xəsarətlər yetirmişdi. Qardaşıma zəng
edərək bu işdə ölüm olacağını bildirmişdi.
Əvvəllər mənmlə və
digər ailə üzvlərimlə telefon danışıqları zamanı onunla ailə
qurmayacağım təqdirdə bizi öldürəcəyi ilə hədələmişdi.
Sonuncu
hadisədən təxminən bir-iki saat əvvəl Ədil anasına zəng vuraraq bildirib
ki, gedirəm Şəfagilin ailəsində hər kəsi öldürməyə, sonra Şəfanı da
özümlə aparacam. Ədilin anası da buna görə anama zəng vurub bizi
xəbərdar eləmişdi”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ədil 4 il azadlıqdan məhrum edilib. (Teleqraf.com)