63ea88cfedd1b202302230031
Gəncə səmasında naməlum CİHAZ GÖRÜNDÜ - VİDEO
Təxminən bir saat bundan öncə Gəncə sakinləri səmada uçan naməlum cihaz müşahidə ediblər.  
Qlobal.net xəbər verir ki, bu barədə Bizim.Media-nın yerli bürosuna şəhər sakinləri məlumat veriblər. 
Məlumata görə, hadisə yerli vaxtla 19:48 radələrinə təsadüf edib.  
Video görüntülərə əsasən uzun işıqlarla təchiz olunan cihaz uçaraq gözdən itir.  
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə bunun"Spase X" şirkətinin "Starlink" peykləri olduğu haqda məlumatlar yayılıb. 
13.02.2023 22:57
show 3744