68146f4ddaa74202505250757
test

Gənc qız sevgilisinin evində ölü tapıldı: yanlarında başqa biri də varmış - Bu da FOTOLARI

İstanbulun Ümraniyə səmtində baş verən silahlı insidentdə 26 yaşlı Yazgülü Çoban həyatını itirib.

Qlobal.net xəbər verir ki, hadisə Finanskent məhəlləsində, ötən gün axşam saatlarında qeydə alınıb. Yazgülü Çoban sevgilisi Mehmet T.-nin evinə gedib, evdə həmin vaxt Mehmetin dostu Gülabi Ç. də olub.

Polis hadisə yerinə çatdıqda gənc qadının silahla başından vurulduğunu aşkar edib. Araşdırmalardan sonra onun Yazgülü Çoban olduğu müəyyənləşdirilib.

Hadisədən qısa müddət sonra müxtəlif cinayətlər üzrə 16 dəfə məhkumluğu olan 29 yaşlı Mehmet T. saxlanılıb. O, ifadəsində ev sahibi Gülabi Ç.-nin sevgilisinə sataşdığını, bu səbəbdən mübahisə yarandığını bildirib. Mehmet T.-nin sözlərinə görə, o, Yazgülü ilə evi tərk etdikdən sonra Gülabi Ç. onların arxasınca gedərək qızı vurub.

Cinayətdən sonra hadisə yerindən qaçan Gülabi Ç. polis əməliyyatı nəticəsində istifadə etdiyi pompalı tüfənglə birlikdə saxlanılıb. O, məhkəməyə çıxarılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam edir. Cinayətin dəqiq motivi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

02.05.2025 11:00
show 833