Gəlininin ölümünə dözmədi, ürəyi partladı - Sumqayıtda faciə
Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.
"Report" xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı
yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla
eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz
Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib
və ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.