gəlin
Gəlinin güzgüdəki əksi təəccüb yaratdı – Qəribə FOTO

Gəlinlik libasının fotosunu paylaşan qız internet istifadəçilərinin təşvişinə səbəb olub.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, kadrları Tessa Koats adlı qız özünün İnstaqram hesabından paylaşıb.

Fotoda gənc qızın iki güzgünün qarşısında dayanması əks olunub. Ən maraqlısı isə güzgülərdəki əkslərin birində onun əlləri aşağıda, digərində isə mədə səviyyəsindədir. Qızın özünün isə əllərindən biri aşağıda, ikincisi isə sağ güzgüdə olduğu kimi mədə səviyyəsindədir.

"Bu əsl fotoşəkildir, bu "Photoshop" deyil, panorama deyil, canlı foto deyi", - deyə qız fotoya şərh yazıb.

Koats kadrları gəlinlik salonunda özünə toy libası seçərkən çəkdirdiyini vurğulayıb.

Yazının altında bir çox istifadəçilər bu fotodan dəhşətə gəldiklərini, qorxduqlarını etiraf ediblər.

"Mən fotoya baxdım və elə küçənin ortasında əsəb sarsıntısı keçirdim", "Bu, matrisdə bir növ nasazlıqdır", - deyə istifadəçilər öz hisslərini bölüşüblər.

Ancaq kadrın elmi izahını verənlər də tapılıb.

"Bu sadədir: zəif işıqda fotoşəkil çəkərkən smartfonlar soldan sağa skan edir. Hətta şəkil panoramik olmasa belə istənilən hərəkət çəkiləcək, qız da şəkil çəkilən zaman hərəkət edib", - deyə şərhçilərdən biri kadrın mənşəyini izah edib.

15.11.2023 09:37
1200