63fe44392b9b9202302231313
Gəlin toy günü öldü - Bəy baldızı ilə evləndirildi

Tez-tez qəribə hadisələrlə gündəmə gələn Hindistanda daha bir maraqlı hadisə yaşanıb.

Qlobal.net xarici mediyaya istinadən xəbər verir ki, Hindistanda gəlin toy günü infarktdan dünyasını dəyişib, toy yasa çevrilib.

Mərasim zamanı yerə yıxılan gəlin təcili olaraq xəstəxanaya çatdırılıb, edilən bütün müdaxilələrə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb.

Mərasimi pozmaq istəmədiyini deyən ata bəyə digər qızı ilə evlənməsini təklif edib. Bəyin bu təklifi qəbul etdiyi bildirilir. (musavat.com)

28.02.2023 22:10
show 1377