Bursalı bir qadın boşanma məhkəməsinə gəlin maşını kimi bəzədiyi avtomobillə gedib.
Bursada 29 yaşlı Gülşah A.boşanma məhkəməsinə gəlin maşını kimi bəzədilmiş maşını ilə gəlib.
Prospekt və küçələri gəzən Gülşah A "Yol boyu insanlar siqnal çaldılar, video çəkdilər, alqışladılar, təbrik etdilər və kortej təşkil etdilər. İnsanlar çox pozitiv idi. Bu qədər böyüyəcəyini düşünməzdim" deyib.
İki uşaq anası Gülşah A maşının arxasına "Osman, cəhənnəmə get" və "Boşanırıq" sözlərini asıb.
Kortejdə olan sürücülər həmin anları mobil telefonları ilə lentə alıblar. (milli.az)