6436f86db9e29202304232901

"Gəlin maaşı" müzakirələrə səbəb oldu - FOTO

"Show TV"də yayımlanan ​​"Ailə" serialındakı kadrlardan biri müzakirələrə səbəb olub.

Qlobal.net xəbər verir ki, söhbət "Gəlin maaşı"ndan gedir. Ssenariyə əsasən ailə qurduqdan sonra gəlinin hesabına pul köçürülüb. Məbləğ isə 189.900 lirə (16 min 734 manat) olub. Görüntülər Türkiyənin sosial media seqmentiində yayılaraq müzakirə yaradıb.

İzləyicilər görüntüləri "Nə işlə məşğulsunuz? Gəlinəm", "Görəsən il artdıqca təcrübəyə görə maaş da artır?", "Anında qayınanama zəng vurdum ki, maaşım haradadır?", "Maaş" ifadəsi düzgün deyil. Sanki həyat yoldaşınna xidmət müqabilində aylıq qazanc əldə edir" kimi şərh ediblər.

Qeyd edək ki, serialın baş rollarını Kıvanç Tatlıtuğla Serenay Sarıkaya paylaşır. (gundem.az)

12.04.2023 22:28
show 480