Çinin sosial media platforması "Weibo"da toy mərasiminə dair paylaşılan görüntülər gündəm olub.
Qlobal.net xəbər verir ki, adı açıqlanmayan gəlin bütün keçmiş sevgililərini toyuna dəvət edib. Maraqlısı budur ki, gəlin onların hamısını eyni masada əyləşdirib. Gəlinin keçmiş sevgililərinin masasının üzərində "Uğursuzlar Klubu" qeydinin yazılması diqqət çəkib.
Məlumata görə, masada 5 nəfər olub. Gəlin masanın üzərinə Çin dilindən tərcümədə "Keçmiş kişi dostların tablosu" yazılmış kağız da qoyub.
Məlumata görə, bəy bunu normal qəbul edib. Sevgililərin sayı da sosial mediada müzakirə edilib. (metbuat.az)