63f4941a6364e202302235122

Gəlin buketində gül əvəzinə dörd kilo soğan

Filippinli gəlin Eypril Lika Biorrey-Nobis toy buketində gül əvəzinə dörd kiloqram qırmızı soğandan istifadə edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu qərarı praktiki səbəblərə görə verib. Filippində soğanın qiyməti dünya üzrə orta qiymətdən 457 faiz yüksəkdir - kiloqramı 12 dollardan baha. Bu, ətdən bahadır və ölkədə minimum gündəlik əmək haqqından yüksəkdir.

Gəlinin rəfiqələrinin isə tərəvəz buketləri olub. Bundan əlavə, zal və mərasimin aparıcısı soğanla bəzədilib.

Toydan sonra isə hər qonağa yadigar olaraq soğan verilirib. Yeri gəlmişkən, toya 150 nəfər dəvət olunub.
 


  

21.02.2023 13:50
show 837